Səudilər də işə qarışdılar – Müharibəyə imkan verməyəcəyik

Ər-Riyad İraqın təhlükəsizliyinə, sabitliyinə və ərəb identikliyinə olan bütün təhdidləri aşmaq üçün rəsmi Bağdadı dəstəkləməyə davam edəcək.
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Səudiyyə Ərəbistanı İraqda müharibəyə və qan tökülməsinə imkan verməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cubeyr bildirib.

"Səudiyyə Ərəbistanı Krallığı İraqdakı vəziyyəti diqqət və narahatlıqla izləyir və bu ölkədə müharibə və zorakılığın baş verməməsinə çalışır", - deyə Adil əl-Cubeyr vurğulayıb.

İran ABŞ bazalarına raket zərbəsinin yeni görüntülərini yayımladı – VİDEO

O vurğulayıb ki, Ər-Riyad İraqın təhlükəsizliyinə, sabitliyinə və ərəb identikliyinə olan bütün təhdidləri aşmaq üçün rəsmi Bağdadı dəstəkləməyə davam edəcək.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.