QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağlıq Qarabağ münaqişəsi Çində müzakirə olunub

Eyni zamanda BMTM-in xarici tədqiqatçılar üçün həyata keçirməyi nəzərdə tutduğu proqramlar və birgə tədqiqat üçün yaradılan imkanlar barədə danışılıb
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin rəhbərliyi ilə nümayəndə heyəti yanvarın 8-də paytaxt Pekində Çin Sosial Elmlər Akademiyası, Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyasında görüşlər keçirib.

BMTM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşlərdə Azərbaycanın yerləşdiyi regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, Çin-Azərbaycan ikitərəfli münasibətlərində əldə edilmiş nailiyyətlər, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlıq imkanları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb.

Dağlıq Qarabağ münaqişəsi Çində müzakirə olunub

Eyni zamanda BMTM-in xarici tədqiqatçılar üçün həyata keçirməyi nəzərdə tutduğu proqramlar və birgə tədqiqat üçün yaradılan imkanlar barədə danışılıb. Fərid Şəfiyev həmçinin Azərbaycanda müasirləşmə istiqamətində aparılan islahatlar barədə çinli həmkarlarına məlumat verib.

Əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məqsədi ilə Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə Anlaşma Memorandumları imzalanıb.