CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnternetdəki qız qohumları qana saldı: bibisi oğlunu ürəyindən vurdu

C.Muxtarov ayaqqabılarını geyinib qızla görüşə getmək istədikdə R.İsmixanov onu ürək nahiyəsindən bıçaqlayıb
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Şabran sakini bibisi oğlunu bıçaqlayaraq öldürüb. 

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Şabran rayonunun Ceyranlı kənd sakini 23 yaşlı Cavid Muxtarovu dayısı oğlu, Şabran rayonunun Qorağan kənd sakini Rəmiş İsmixanov bıçaqlayıb.
Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində işləyən qohumlar arasında mübahisə qız üstündə düşüb. Kənd sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, hər iki qohum internetdə tanış oıduqları qızla görüşə çıxmaq üstündə mübahisə ediblər.

C.Muxtarov ayaqqabılarını geyinib qızla görüşə getmək istədikdə R.İsmixanov onu ürək nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.  

R.İsmixanov Suraxanı polisi tərəfindən tutulub və istintaqa təhvil verilib. Suraxanı rayon Prokurorluğunda R.İsmixanov barəsində Cinayət Məcəlləsinin 120.1 - qəsdən adamöldürmə maddəsilə cinayət işi açılıb.

Məlumat üçün bildirək ki, Cavid Muxtarovun anası Cavid balaca olanda, atası isə iki il bundan əvvəl dünyasını dəyişib.