CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava limanlarımız gözlənilməz rekord vurdu

2019-cu ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax World Airport Awards" versiyasına görə ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilib. 

AZAL səmanı açır – Hamı uça bilər
Ümumilikdə, 2019-cu ildə sərnişin dövriyyəsi 5,56 milyon nəfər təşkil edib. Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, paytaxt hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin yeni rekorda imza ataraq 4,73 milyon sərnişinə xidmət göstərib ki, bu da 2018-ci ilin göstəricisindən 7% çoxdur.

Sərnişin sayının artımı həmçinin Naxçıvan (646 min sərnişin, ötən ilin göstəricisindən 1,5% faiz çox), Gəncə (154 min, 10% artım) və Lənkəranın (18 min sərnişin, 2018-ci ilin göstəricisindən 14,5% çox) hava limanlarında müşahidə olunub.

2019-cu il ərzində paytaxt hava limanının baza aviadaşıyıcıları – AZAL və "Buta Airways" müvafiq olaraq 2 milyon və 602 min sərnişin daşıyıb.

Ümumilikdə, beynəlxalq uçuşlarda 4,1 milyon sərnişinə xidmət göstərilib. Sərnişin dövriyyəsi üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlərlə yanaşı, "Türk Hava Yolları" (Türkiyə, 492 min sərnişin), "FlyDubai" (BƏƏ, 237 min), "Aeroflot" (Rusiya, 193 min), "AirArabia" (BƏƏ, 169 min), "UIA" (Ukrayna, 124 min), "Qatar Airways" (Qətər, 106 min), "Lufthansa" (Almaniya, 66 min) və "SCAT" (Qazaxıstan, 62 min) daxil olub.

2019-cu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 37 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Bakıdan Rusiyaya uçan təyyarə mənzil başına çatmamış geri döndü

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

2019-cu ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax World Airport Awards" versiyasına görə, ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.