CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük xeyriyyəçinin heykəli hazırdır

Bağırzadə öz "Instagram" profilində heykəlin hazırlandığı emalatxanadan foto paylaşıb. Xalq rəssamı Xanlar Əhmədov "xalqın atası" adını almış milyonçunun heykəlini artıq hazır edib.
Sputnik

 

BAKI, 9 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə ötən ilki görüşündə Əməkdar artist Bəhram Bağırzadə Bakıda messenat Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasını təklif etmişdi.

Sputnik Azərbaycan xəbər verir ki, aktyorun təklifi ilə Xalq rəssamı Xanlar Əhmədov "xalqın atası" adını almış milyonçunun heykəlini artıq hazır edib. B.Bağırzadə öz "Instagram" profilində heykəlin hazırlandığı emalatxanadan foto paylaşıb.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev üçün hazırlanan heykəlin Kukla teatrının önündə və ya "İçəri şəhər" metrosu ətrafında ucaldılması nəzərdə tutulur.