Dünya ulduzu dəhşətli xəstəliyə tutulub

Müğənni daha sonra qeyd edib ki, o, ağır iki il keçirib. Amma düzgün müalicə sayəsində sağlamlığı bərpa olunur və yenidən səhnəyə qayıdacaq
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Kanadalı ulduz müğənni Castin Biber Laym xəstəliyinə tutulub. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda müğənni öz "Instagram" profilində məlumat yayıb.

O bildirib ki, çoxları onun pis görünüşünə baxaraq, metamfetamin (narkotik maddə) aludəçisi olduğunu söyləyirmiş: "Bu şəxslər bilmədilər ki, əslində mən Laym xəstəliyinə tutulmuşam. Bununla yanaşı, məndə xroniki mononukleoz da aşkarlanıb. Bu xəstəliklər mənim dərimə, beynimə, enerjimə, ümumilikdə bütün bədənimə təsir etdi".

Müğənni daha sonra qeyd edib ki, o, ağır iki il keçirib. Amma düzgün müalicə sayəsində sağlamlığı bərpa olunur və yenidən səhnəyə qayıdacaq.

Qeyd edək ki, Laym infeksiya xəstəliyidir. Gənə dişləməsi nəticəsində əmələ gəlir. Vaxtında müalicə aparılmadığı təqdirdə əlil olmaq və hətta ölüm təhlükəsi var.