HADİSƏ

Dəhşətli şəkildə öldürülən azyaşlı dəfn olunub

"Hələlik ki, hadisənin kim tərəfindən törədildiyi bəlli deyil. Ailənin də şübhələndiyi bir şəxs yoxdur"
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, ötən il noyabrın 21-də itkin düşən 2010-cu il təvəllüdlü Nərmin Quliyevanın meyiti tapılıb. Mərhumun meyiti yanvarın 6-da yandırılmış vəziyyətdə tapılıb. Meyit aşkarlandıqdan sonra tibbi ekspertiza üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Azyaşlının təhsil aldığı Dondar Quşçu kənd tam orta məktəbinin direktoru Mətanət Vəliyevanən Sputnik Azərbaycan-a verdiyi məlumata görə, artıq ötən gün axşam saatlarında meyit ailəyə təhvil verilib. Bu gün isə Nərmin Quliyeva dəfn olunub: "Hazırda hamı şok vəziyyətdədir, heç kim özünə gələ bilmir".

"Hələlik ki, hadisənin kim tərəfindən törədildiyi bəlli deyil. Ailənin də şübhələndiyi bir şəxs yoxdur", - deyə o əlavə edib.