SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu və Zərif İraqda baş verənləri müzakirə etdilər

"Press TV" telekanalı xəbər verir ki, öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına onlarla raket zərbəsi endirdiyini bildirib.
Sputnik

BAKI, 8 yanvar — Sputnik. İran və Türkiyənin xarici işlər nazirləri telefon danışığı həyata keçiriblər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, XİN rəhbərləri İran hərbçilərinin İraqda olan ABŞ bazalarına endirdiyi raket zərbələrini müzakirə ediblər.

Qeyd edək ki, gecə saatlarında İraqın qərbində yerləşən və ABŞ-a məxsus "Eyn əl-Əsəd" hərbi bazasına doqquz raket zərbəsi endirilib.

"Reuters"in məlumatına görə, bundan bir qədər sonra amerikalı rəsmi bir mənbə hücum faktını təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində zərərçəkənlər və ziyan barədə məlumat yoxdur.

"Press TV" telekanalı xəbər verir ki, öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına onlarla raket zərbəsi endirdiyini bildirib.

"SEPAH İraqdakı ABŞ-ın "Eyn-əl-Əsəd" aviabazasına onlarla raket zərbəsi endirilməsini təsdiqləyir", - deyə telekanalın "Twitter" səhifəsində yazılıb.

"Press TV" telekanalı məlumat yayıb ki, İranın İraqda yerləşən ABŞ aviabazalarına endirdiyi zərbələr nəticəsində 80 nəfər ölüb.