RUSİYA

Putin Zelenski və Ruhaniyə başsağlığı verdi

Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin bu gün Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində 176 sərnişinin hamısı qəzada həlak olub
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Ukrayna və İran prezidentləri Vladimir Zelenski və Həsən Ruhaniyə başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin bu gün Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində 176 sərnişinin hamısı qəzada həlak olub.

İmam Xomeyni hava limanının təmsilçisi isə "İRNA" agentliyinə deyib ki, mühərrikdə baş vermiş yanğın təyyarənin düşməsinə səbəb olub.

Ukrayna Prezidenti Vladimir Zelenski qəzada heç kimin sağ qalmadığını deyib. İranın dövlət telekanalı və Ukraynanın Baş naziri Aleksey Qonçaruk isə təyyarədə 167 sərnişinin və 9 ekipaj üzvünün olduğunu bildiriblər.