BAKI, 8 yanvar — Sputnik. Ermənistanda müqavilə əsasında xidmət edən hərbi qulluqçu Geqam Viktoroviç Xaçatryan adına təhkim olunan pulemyotdan özünü vurub.
Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Bildirilib ki, o, aldığı güllə yarasından ölüb. Hadisə yanvarın 6-da döyüş mövqeyində baş verib.
Faktla bağlı intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi başlanılıb.