CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bibiheybət yolunun açılacağı tarix məlum oldu

Nəcəfli qeyd edib ki, hazırda ərazidə bərpa işləri aparılır, istinad divarlarının inşası üçün suvaylar vurulur. Bu işlər iki hissədə yamacın ortası və aşağı hissəsində görüləcək.
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Bibiheybət yolunun açılışı mart ayının sonlarına təsadüf edəcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, həmin yol bayram günlərində şəhər istiqamətində iki zolaqla açılmışdı: "Biz vətəndaşların rahatlığını təmin etmək üçün iki zolaq açmışdıq. Bir neçə zolaq açmaq hərəkət istifadəçiləri üçün təhlükəli ola bilərdi".

A.Nəcəfli qeyd edib ki, hazırda ərazidə bərpa işləri aparılır, istinad divarlarının inşası üçün suvaylar vurulur. Bu işlər iki hissədə yamacın ortası və aşağı hissəsində görüləcək.

"Yol bu ilin birinci rübü ərzində təmir edilərək istifadəyə veriləcək", - deyə o vurğulayıb.