RUSİYA

Süleymaninin öldürülməsi rublu da vurdu

Ekspertlər bildirilər ki, rublun ucuzlaşması Yaxın Şərqdə baş verən hadisələrə neqativ reaksiya göstərən dünya kapital bazarlarının zəifləməsi ilə bağlıdır.
Sputnik

BAKI, 7 yanvar – Sputnik. İranlı general Qasım Süleymaninin öldürülməsi Rusiyanın valyutasına da təsir edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, rubl Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda dollar və avroya münasibətdə ucuzlaşıb.

Azərbaycanın strateji valyuta ehtiyatları on dörd faizə yaxın artıb

Moskva birjasından verilən məlumata görə, ticarət başlayanda ABŞ valyutası 17 qəpik bahalaşaraq 1 dollara görə 62,27 rubl olub. Avro isə 6 qəpik artaraq 69,37 rubla çatıb. Sonradan dolların kursu 62,2 rubla qədər düşsə də, avro artaraq 69,44 rubl təşkil edib.

Ekspertlər bildirilər ki, rublun ucuzlaşması Yaxın Şərqdə baş verən hadisələrə neqativ reaksiya göstərən dünya kapital bazarlarının zəifləməsi ilə bağlıdır. Bazarlar iranlı generalın öldürülməsindən sonra yeni hərbi münaqişədən narahatdır.

Xatırladaq ki, general Qasım Süleymani yanvarın 3-də İraq hava limanında öldürülüb. Onun olduğu avtomobil ABŞ-ın raketi zərbəsi ilə məhv edilib.