BAKI, 7 yanvar — Sputnik. Bakı Dövlət Yol Polisi İdarəsinin rəisi polis polkovniki Nuşirəvan Səfərov vəzifəsindən azad edilib. Sputnik Azərbaycan hüquq mühafizə orqanlarının məlumatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Vilayət Eyvazov əmr verib.
Nuşirəvan Səfərov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Xatırladaq ki, o bu vəzifəyə 2010-cu ildə təyin edilib.