ABŞ İraqa qarşı sanksiyalar hazırlayır

Prezident Donald Tramp İraqın bu ölkənin qoşunlarını çıxaracağı təqdirdə Bağdadı iqtisadi sanksiyalarla hədələyib
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Birləşmiş Ştatlar rəhbərliyi İrana qarşı mümkün sanksiyaların hazırlanmasına başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "The Washington Post" nəşri Ağ Ev Administrasiyasında olan mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, ABŞ-dan olan biznesmenlərə İraqdan olan həmkarları ilə iş birliyi qadağan oluna bilər.

Qeyd edək ki, Prezident Donald Tramp İraqın bu ölkənin qoşunlarını çıxaracağı təqdirdə Bağdadı iqtisadi sanksiyalarla hədələyib.

Xatırladaq ki, daha əvvəl İraqın Baş Naziri Adil Abdel Mahdi ABŞ-ın bu ölkədəki səfiri Metyu Tyulleri İraq parlamentinin xarici qoşunların bu ölkədən çıxarılması qərarı barədə məlumatlandırıb.

Qeyd edək ki, İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Ölkə parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinə son qoyulmasına səs verib. Parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib.