CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatala ilə Kolumbiyanı səhv salmış şəxs saxlanıldı

Qanunvericiliklə müəyyən edilmiş qaydada onun yaşadığı evə baxış keçirilən zaman oradan ümumi təmiz çəkisi 62,27 qram heroin aşkar olunaraq götürülüb.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  7 yanvar - Sputnik. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin saxlanılması və onun satışı ilə məşğul olan Zaqatala şəhər sakini, əvvəllər də məhkum olunmuş 42 yaşlı Rəşad Hünərbəri saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada onun yaşadığı evə baxış keçirilən zaman oradan ümumi təmiz çəkisi 62,27 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.