HADİSƏ

Ay tutulacaq, amma görməyəcəyik

Adi gözlə hadisəni müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş aydan bir az tünd görünəcək.
Sputnik

 

BAKI, 7 yanvar — Sputnik. 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq.

Sputnik Azərbaycan Şamaxı Astrofizika Rəsədxanasının məlumatına istinadla xəbər verir ki, bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

Belə ki, 1-ci Ay tutulması 2020-ci il yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.