RUSİYA

Zaxarova: "Gərək üzr istəyəydi"

Hayko Maas ABŞ Prezidentinin İraqa sanksiya tətbiq edəcəyi barədə hədələrinin "elə də faydalı olmayacağını" bildirib
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya XİN rəhbəri Hayko Maasın Donald Trampın ABŞ-a "düşmən" münasibəti halında İraqa sanksiya tətbiq edəcəyini "faydasız hədələr" adlandırmasına münasibət bildirib. 

H.Maas "Deutschlandfunk" radiosuna müsahibəsində  İraq Vaşinqtona münasibətdə "düşmənçilik" göstərərsə, ABŞ Prezidentinin bu ölkəyə sanksiya tətbiq edəcəyi barədə hədələrinin "elə də faydalı olmayacağını" bildirib. 

"Gərək hələ üzr də istəyəydi. Hər ehtimala qarşı. Yoxsa Almaniyanı qorumağa adam tapılmayacaq", - Zaxarova Facebook səhifəsində yazıb.

“Qisas” əməliyyatı başlayır – ABŞ səfirliyi atəşə tutulub

İraq Parlamenti yanvarın 5-də hökumətdən Amerika qoşunlarının ölkədən çıxarılmasını tələb edib. Bundan sonra Tramp Bağdadın Vaşinqtona qarşı "düşmən addımlar" atacağı təqdirdə İraqı sanksiyalarla hədələyib. ABŞ Prezidenti vurğulayıb ki, İraqa "hələ indiyədək görmədikləri" sanksiyalar tətbiq edəcək, Amerika əsgərləri isə onların tikdiyi aviabazanın haqqını İraq ödəməyincə oradan çıxmaq niyyətində deyillər.

2019-cu il dekabrın 29-da ABŞ-ın Hərbi Hava Qüvvələri İraqın Suriya ilə sərhəddəki Əl-Kaim şəhərində "Kataib Hezbullah" qruplaşmasının bazasına zərbələr endirib. Nəticədə qruplaşmanın 25 üzvü ölüb, 51 nəfər yaralanıb. Pentaqon bu addımın hərəkatın Kərkükdəki İraq bazasına hücum edərək bir ABŞ vətəndaşını öldürməsi və 4 həbçisini yaralamasına qarşı atıldığını bildirib. Bundan sonra narazı şiələr ABŞ-ın İraqdakı səfirliyinə hücum ediblər. Buna cavab olaraq ABŞ hücumda təqsirli bildiyi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin generalı Qasım Süleymanini məhv edib. İran intiqam alacağı ilə hədələyib. 

Bağdad isə öz növbəsində bu faktı amerikalı hərbçilərin İraqda mövcudluğu şərtlərinin pozulması kimi qiymətləndirib.