Ərdoğanın düşməni strateji şəhəri ələ keçirdi

Sirt şəhəri Aralıq dənizi sahilində yerləşir və ölkənin ən böyük şəhərlərindən biridir, Liviyanın keçmiş lideri Müəmmər Qəddafi burada anadan olub
Sputnik

BAKI, 6 yanvar – Sputnik. Marşal Xəlifə Haftarın Liviya Milli Ordusu Sirt şəhərini nəzarət altına alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ordunun spikeri Əhməd əl-Mismari bildirib.

Şəhər Aralıq dənizi sahilində yerləşir və ölkənin ən böyük şəhərlərindən biridir.

Bundan əlavə, Liviyanın keçmiş lideri Müəmmər Qəddafi burada anadan olub.

Qeyd edək ki, ordunun Sirte şəhərinə daxil olduğu barədə məlumat verilmişdi. Əməliyyatın birinci mərhələsi çərçivəsində dəniz limanı və iki hərbi baza üzərində nəzarət qurulub.