HADİSƏ

Paytaxtda əcaib qətl – Evi qarət edib, sonra yandırdılar

Oğrular evi yandırmazdan əvvəl qarət ediblər. Evdən 3 radiator, 1 televizor, 5000 manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Daha sonra izi itirmək üçün evi yandırıblar
Sputnik

BAKI, 6 yanvar – Sputnik. Bakıda oğru və ya oğrular qarət etdikləri evi yandırıblar.

Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, hadisə yanvarın 5-də axşam saatlarında Binəqədi rayonu Kənd Binəqədi yaşayış massivində törədilib.

Qalib Məmmədova məxsus ümumi sahəsi 100 kvadratmetr olan 4 otaqlı yaşayış evi yanıb.

Hadisənin əsil səbəbi isə yanğın söndürüləndən sonra ortaya çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, oğru və ya oğrular evi yandırmazdan əvvəl qarət ediblər. Onlar pəncərənin dəmir barmaqlıqlarını kəsərək evə daxil olublar. Evdən 3 radiator, 1 televizor, 5000 manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Daha sonra izi itirmək üçün evi yandırıblar.

Ev sahibi hadisə ilə bağlı Binəqədi rayonu 43-cü Polis Bölməsinə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.