HADİSƏ

Paytaxtda ər həyat yoldaşını bıçaqladı

Ağır xəsarət alan yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub
Sputnik

BAKI, 6 yanvar – Sputnik. Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. 

Südçülük sovxozunda yaşayan kişi həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəliyeva Mətanət Akif qızına bıçaqa xəsarət yetirib.

Ağır xəsarət alan yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.