İstanbul aeroportunda yeni qayda: əməl etməyən cərimələnəcək

İstanbul aeroportunda turist qruplarının qarşılanması üçün xüsusi zal ayrılıb, amma burada da ad yazılan lövhələr qadağandır
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Bu ildən İstanbul aeroportunda gömrük nəzarəti zonasından çıxan sərnişinləri ancaq dostları və qohumları qarşılaya biləcəklər. Turoperatorların nümayəndələri isə əllərində ad yazılmış lövhəciklə həmin zonada peyda olarkən cərimələnə bilərlər.

"Varlı və keyfiyyətli adamlar" - Türkiyədə istirahətlə öyünmək dəbi qayıdacaq

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən bildirir ki, İstanbul hava limanının idarəçisi IGA (Istanbul Grand Airport) turistləri qarşılama qaydalarını dəyişib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minən qaydalara görə, turist firmalarının işçilərinə sərnişinləri gömrük nəzarəti zonasında qarşılamaq yasaqlanıb. Turistlərin soyadı və şirkətlərin adı yazılan lövhələri əldə tutmaq da qadağandır. Bu qaydanın pozulmasına görə turoperator işçiləri 48 avro cərimə ödəməli olacaqlar. Bu cür lövhələrdən ancaq gələn qonaqların yaxınları və dostları istifadə edə bilərlər.

İstanbul aeroportunda turist qruplarının qarşılanması üçün xüsusi zal ayrılıb, amma burada da ad yazılan lövhələr qadağandır. Oraya düşmək üçün turoperatorlar və ya qarşılayan şirkətlər IGA PASS almaq məcburiyyətindədirlər. Hər bir turistə görə 4 avro və ƏDV ödəmək lazım gələcək. Əgər turist qrupundakıların sayı 50 nəfərdən çoxdursa, o zaman onların hər biri üçün tarif 3,22 avro olacaq.