İran Amerikaya “ikinci Vyetnam” vəd etdi

“Amerikalılar çox axmaq bir addım atdılar və indi “ikinci Vyetnamla” qarşılaşmaq istəmirlərsə, regionu dərhal tərk etməlidirlər” – deyə Vilayəti bildirib
Sputnik

BAKI, 6 yanvar – Sputnik. İran, qoşunlarını Yaxın Şərqdən çıxartmayacağı təqdirdə ABŞ-a “ikinci Vyetnam” vəd edib.

Tramp: “İranın heç vaxt nüvə silahı olmayacaq”

Sputnik Azərbaycan “Al-alam” telekanalına istinadla xəbər verir ki, belə bir bəyanatla İranın ali dini liderinin köməkçisi Əli Əkbər Vilayəti Amerika zərbəsi nəticəsində öldürülən general Qasım Süleymani ilə vida mərasimində bəyanat verib.

Vilayəti bildirib ki, Süleymani Rusiya ilə münasibətlərdə əsas fiqurlardan biri olub. İran nümayəndəsi Moskva və Pekinlə birgə hərbi təlimlərə də toxunaraq, bunu ABŞ-ın regionda fəaliyyətinə qarşı vacib reaksiya olduğunu qeyd edib.

“Amerikalılar çox axmaq bir addım atdılar və indi “ikinci Vyetnamla” qarşılaşmaq istəmirlərsə, regionu dərhal tərk etməlidirlər” – deyən Vilayəti əlavə edib ki, ABŞ həmişə İran və onun müttəfiqləri qarşısında məğlub olub.

Xatırladaq ki, general Qasım Süleymani yanvarın 3-də İraq hava limanında öldürülüb. Onun olduğu avtomobil ABŞ-ın raketi zərbəsi ilə məhv edilib.