VİDEO

Astaranın "Div evi"nin yalnız qalıqları günümüzə gəlib çatıb

Bu dəfə Sputnik Azərbaycan-ın obyektivinə Hirkan Milli Parkının ərazisində yerləşən qədim qalanın qalıqları düşüb.
Sputnik

Ehtimal edilir ki, bu qala orta əsrlərdə tikilib və vaxtilə keşikçi qalası olub. Qala Sovet dövründə əsasən kəşfiyyatçı əsgərlərə təlim keçmək üçün istifadə edilib və təbii ki, abidə kimi qorunmayıb. Maraqlısı isə odur ki, el arasında “Divə kə”, yəni “Div evi”, kimi tanınan bu məkan bu günə kimi tədqiq edilməyib.

Daha ətraflı videomuzda izləyin.