“Qisas” əməliyyatı başlayır – ABŞ səfirliyi atəşə tutulub

"Al Jazeera" isə xəbər verib ki, Bağdadın mərkəzində, hökumət binalarının və ABŞ səfirliyinin olduğu "Yaşıl zona" minaatanlardan atəşə tutulub
Sputnik

BAKI, 6 yanvar – Sputnik. ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin yaxınlığındakı evə raket düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı bildirib.

"Al Jazeera" isə xəbər verib ki, Bağdadın mərkəzində, hökumət binalarının və ABŞ səfirliyinin olduğu "Yaşıl zona" minaatanlardan atəşə tutulub. Hədəf kimi ABŞ-ın Bağdaddakı səfirliyi seçilib.

Məlumata görə, hadisə nəticəsində dinc sakinlər xəsarət alıblar.