SƏHİYYƏ

Qışda daha az işləmək lazımdır - ARAŞDIRMA

Qışda gün işığı çatmayanda bir çoxlarının əhvalı pozulur. Bunun səbəbi odur ki, bu adamlar hələ qaranlıqda oyanırlar və qaranlıq düşənədək işləyirlər.
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Alimlər iddia edirlər ki, qısa iş günü qışda əhval-ruhiyyənin yüksəlməsinə kömək edə bilər.

Avstraliyada keçirilmiş tədqiqatın gedişində müəyyən olunub ki, qış vaxtı iş gününün qısaldılması əhval-ruhiyyəyə müsbət təsir edir. Alimlərin fikrincə, qışda iş gününün qısaldılması yuxunun bütövlüyünü qoruyur və bioloji ritmlərin uyğunluğunu pozmur.

Qışda gün işığı çatmayanda bir çoxlarının əhvalı pozulur. Bunun səbəbi odur ki, bu adamlar hələ qaranlıqda oyanırlar və qaranlıq düşənədək işləyirlər.

Lakin gündəlik rejimi Günəşlə uyğunlaşdırsaq, psixoloji vəziyyətimiz düzələr. Belə ki, qışda saat 9-da, yəni, artıq işıqlı olanda oyanmaq lazımdır. Belə rejim biloji ritmimizə uyğundur.

Alimlər bildiirirlər ki, bioloji saatların işinə görə gözümüzün dərinliyində olan ipRGC adlı fotoreseptorlar cavabdehdirlər. Onlar göy rəngə xüsusilə həssasdırlar və yuxu proseslərində həlledici rol oynayırlar. Ona görə də qışda daha çox yatmaq istəyirsən və səhər oyanmaq çətin olur.

Maraqlıdır ki, bioloji saatlar yuxunun vaxtının dəyişdirilməsini dəstəkləmirlər. Yəni, həmişəki kimi axşam 10-11 radələrində yatmaq lazımdır.

Alimlər qeyd edirlər ki, qışda insanlar daha çox yatmaq və mürgüləmək istəyirlər. Ona görə də qışda iş qabiliyyətinin artırılmasının ən yaxşı yolu işə bir saat gec gəlməkdir.