Təzyiq yüksəlir – SEPAH qisas aksiyasından danışdı

ABŞ Prezidenti qeyd edib ki, bu, bir xəbərdarlıqdır: "İran amerikalılara və ya ABŞ-ın əmlakına hücum edərsə, İranın 52 mövqeyini hədəfə alacağıq
Sputnik

BAKI, 5 yanvar – Sputnik. "Tehranın Qasım Süleymaninin öldürülməsinə verəcəyi cavabla ABŞ-ın regionda mövcudluğuna son qoyulacaq".

İran Trampın ittihamlarına cavab verdi

Sputnik Azərbaycan-ın IRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Salami bildirib. 

İranlı komandanın sözlərinə görə, SEPAH qisas alacaq: “Bu qisasın vaxtı və miqyası hələ məlum deyil”. 

O qeyd edib ki, ABŞ həmişə öz səhvləri üzündən sarsıdıcı məğlubiyyətlərə düçar olub: “Vaşinqtonun tərəfini tutan hər kəs müsəlman dünyasının düşməni sayılacaq”.

SEPAH komandanı həmçinin əlavə edib ki, ABŞ-ın bölgəni tərk etməsi ilə Yaxın Şərqdə rifah, təhlükəsizlik və sabitlik hökm sürəcək.