SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisə seçkilərdə qeydə alınan namizədlərin sayı açıqlandı

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2116  nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub
Sputnik

BAKI, 5 yanvar – Sputnik. Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264 nəfər müraciət edib.

MSK sədri imza vərəqələri ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirdi

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 462 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2116  nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1976  nəfəri isə imza vərəqələrini artıq götürüb, 682 nəfəri qaytarıb, 394 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.