SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İki seçki məntəqəsində nəticələr ləğv olundu, iki seçki komissiyası buraxıldı

30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqə komissiyası və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqə komissiyası buraxılıb
Sputnik

BAKI, 5 yanvar – Sputnik. Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.

Bir bələdiyyəyə seçkilərin nəticələri ləğv olunub

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda bildirilib ki, səsvermə günü sözügedən məntəqələrdə lentə alındığı iddia olunaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb. Belə ki, 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib. MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini qismən tapıb.

Eyni zamanda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.

İclasda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsinin dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı fəaliyyəti müzakirə edilib və həmin məntəqələrin fəaliyyətində nöqsanların aşkarlandığı bildirilib.

Bələdiyyə seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqə komissiyası və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqə komissiyası buraxılıb.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı hər iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.