HADİSƏ

Bakının mərkəzində dördmərtəbəli binada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Sputnik

BAKI, 5 yanvar – Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.