SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı və Moskva 2020-ci ildə hansı çağırışlarla qarşılaşacaqlar – Rusiyalı ekspert danışır

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov Rusiya-Azərbaycan əlaqələrinin 2019-cu ildəki yekunundan danışır
Sputnik

BAKI, 5 yanvar – Sputnik. Moskva və Bakı qarşısında duracaq əsas çağırışlar arasında Dağlıq Qarabağ ətrafındakı vəziyyəti göstərmək olar. Bu barədə Sputnik Azərbaycan-a Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov ilin yekunlarını dəyərləndirərkən deyib.

Rusiya 2024-cü ilə SSRİ-ni bərpa edəcək? – Kreml aydınlıq gətirdi

“2019-cu ilin son aylarında Rusiya-Azərbaycan əlaqələrində çox ciddi dərinləşmə hiss olunurdu. Məsələn, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin oktyabrda “Valday” klubu çərçivəsində görüşünün ardınca Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrda Rusiyaya səfər etdi, dekabrda isə Azərbaycan Prezidenti Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçirilən qeyri-formal sammitinə dəvət aldı” – deyə Neyjmakov qeyd edib.

“Bu zaman Mehriban Əliyevanın səfəri xüsusilə nümunəvidir. Məhz Rusiyaya səfəri zamanı 2017-ci ilin fevralından bu yana ən statuslu tərəfdaşları, o cümlədən Rusiya prezidenti, baş naziri və Federasiya Şurasının sədri ilə danışıqlar aparıb” – ekspert bildirir.

Sputnik Azərbaycanın həmsöhbəti qeyd edib ki, Rusiya-Azərbaycan əlaqələri üçün bir sıra əsas mövzular Moskvanın digər sahələrdəki strateji hədəfləri ilə uzlaşdırılır. Məsələn, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən layihələr (onlara dövlət başçılarının demək olar ki, hər görüşündə bu və ya digər dərəcədə toxunulub) Rusiyanın Cənub Federal dairəsinə daxil olan subyektlərin inkişafı üzrə tapşırıqlar və Moskvanın Xəzər dənizində məqsədləri ilə razılaşdırılır.

Neyjmakov qeyd edib ki, məqsədlər çərçivəsində Həştərxan vilayətində Olya limanının inkişafı, eləcə də Volqoqraddan yan keçməklə magistral tikintisini göstərmək olar. Bu iri layihə də adı çəkilən nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilir.

“2020-ci ildə Bakı və Moslva qarşısında dayanacaq çağırışlar sırasında Dağlıq Qarabağ ətrafında vəziyyəti də qeyd etmək olar” deyə ekspert qeyd edib.

Bakı və Moskva Rusiya ali məktəblərinə qəbulu müzakirə edəcəklər

Agentliyin həmsöhbəti bildirib ki, 2019-cu ilin əvvəlində dansaqlardan həddən artıq şişirdilmiş gözlənti olsa da, il sonu münaqişə zonasında çox həyəcanlı proqnozlarla başa çatdı. Ən azı 2020-ci ilin ilk aylarında hər iki tərəfdən sərt ritorika gözləmək olar. Bu isə Rusiya     tərəfinin daha aktiv vasitəçilik rolunu tələb edə bilər.

Bu zaman o, güman edir ki, 2020-ci ildə iki dövlət arasında Xəzər regionunda təhlükəsizliklə bağlı daha aktiv əməkdaşlıq müşahidə ediləcək.

Qafqazda təhlükəsizlik problemi Bakı və Moskva əməkdaşlığını zəruri edir

“Diqqət yetirək ki, bu mövzuya 2019-cu ilin noyabrında Prezident İlham Əliyevin Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə də toxunulub və bu məsələnin qaldırılması ilk dəfə deyil” – deyən Neyjmakov xatırladıb ki, bu məsələlər Rusiya Müdafiə naziri Sergey Şoyqunun hələ 2016-cı ilin avqustunda Bakıya səfəri zamanı da müzakirə olunub.

İstisna deyil ki, Xəzərdə təhlükəsizlik və əməkdaşlıq məsələsi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin 2019-cu ilin sentyabrında Bakıya səfəri zamanı da qaldırılıb. Ekspert bildirir ki, bütün hallarda, 2020-ci ildə Moskva və Bakı arasında əlaqələrin inkişafı üçün potensial qalacaq.