CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış azərbaycanlı stilist xərçəngdən öldü

Stilist uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, yaşadığı mənzildə dünyasını dəyişib. Həkimlər iki gün öncə onu evə buraxıblar
Sputnik

BAKI, 5 yanvar – Sputnik. Şou-biznesdə “Chanel Anar” kimi tanınan stilist Anar bu gün vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, stilist uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, yaşadığı mənzildə dünyasını dəyişib.

Tanınmış azərbaycanlı stilist xərçəngdən öldü

Məlumata görə, xəstəliyinin son mərhələsini yaşadığından, həkimlər iki gün öncə onu evə buraxıblar.

Qeyd edək ki, Anar bu günə qədər şou-biznesdə Nazpəri Dostəliyeva, Nisə Qasımova, Damla, Günay İbrahimli, Pərvin Abıyeva, Lalə Məmmədova, Elza Seyidcahan kimi tanınmış simalarla işbirliyi olub.