CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan yeni epidemiyanın astanasında – İndi tədbir görməsək, sonra gec olacaq

Azərbaycanda həyat üçün təhlükəli olan nikotinli saqqızlar qadağan edilməlidir, Rusiyada artıq məktəblilər bu ölümcül vasitədən əziyyət çəkirlər.
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Tərkibində nikotin olan quru tütün məmulatı snus (snoos), yəni nikotinli saqqızlar Azərbaycanda da açıq satışdadır.

Sosial şəbəkədə narkotik satanlar tutuldu

Sputnik Azərbaycan xəbər verir ki, işbazlar artıq bir çox ölkələrdə satışı və əldə edilməsi qadağan olunmuş bu məmulatın Azərbaycandakı satış məntəqələrini fəal surətdə reklam edirlər.

Snuslar tütün və qeyri-tütün mənşəli nikotin tərkibli məhsuldur. O, birdəfəlik çay paketlərinə bənzəyən paketlərdə, yumru qablaşdırmada satılır. Bu vasitə tərkibində yüksək nikotinin olması səbəbindən çox təhlükəlidir. Misal üçün bir paket snusda olan nikotinin miqdarı 3 qutu siqaretdəki nikotinin miqdarına bərabərdir. Amma iş bununla bitmir. Çox tez-tez nikotinli saqqızlar yeniyetmələr üçün əlçatan olur. Məsələnin ən təhlükəli tərəfi də məhz budur. Çoxlarının snusa verdiyi ilk reaksiya olduqca ağrılıdır. Bəzi yeniyetmələr huşunu itirir, bəzilərində ürəkbulanması baş verir. Və bunlar yalnız ilkin yan təsirlərdir. İkinci dərəcəli əlamətlər isə daha ciddidir. Nikotinin dozasını tez-tez artırmaq nəticəsində dişlər zədələnir, diş ətlərində yaralar meydana çıxır, onkoloji risk artır və hətta ölüm baş verir.

Arzuları gözlərində qaldı: Əməliyyat zamanı külli miqdarda narkotik tutuldu

Bu yaxınlarda Rusiya cəmiyyəti bununla bağlı həyəcan siqnalı çaldı. Orada məktəbliləri yeni epidemiya olan snus ağuşuna alıb. Uşaqlar nəzərə çarpmadan bir-birinin "başını yeyirlər". Əvvəl birinci paketi dadına baxmaq üçün pulsuz verirlər, sonra ikincini, daha sonra üçüncünü. Beləliklə, nə vaxt nikotin asılılığına düşdüyünü özün də bilmirsən. Və bu, asılılıqdan daha artıq bir şeyə çevrilir. Özü də bunu valideynlərdən gizlətmək də çox asandır. Adətən saqqız çeynəməklə gələn ölüm ilk mərhələdə ondan istifadənin əlamətlərini biruzə vermir. O, digər siqaretlər kimi tüstü iyi vermir, istifadəsinin asanlığı isə snusu daha arzuolunan edir. İnternet məkanında yeniyetmələrin və böyüklərin açıq şəkildə dodaqla damaq arasındakı boşluğa snusu qoyaraq eyforiya vəziyyətinə düşdüyünü nümayiş etdirən yüzlərlə cazibədar video yayımlanıb. Öz növbəsində satıcılar Rusiyadakı məktəbləri mühasirədə saxlayırlar. Snus mesencerin köməyilə piştaxtalarda satılır, sifarişlə ünvana gətirilir.

"Könhə qitə" sakinlərinin narkotikə nə qədər pul xərclədikləri məlum oldu

Demək olar ki, bütün məktəblilər onlara ilk dəfə bu nikotinli saqqızı pulsuz sınaqdan keçirməyin təklif olunduğunu xatırlayırlar. Bundan sonra isə acınacaqlı durum meydana gəlir. 2019-cu ilin noyabrında Zarinskdə bir məktəbli snus səbəbindən ölüb. Həkimlər xəstəxanaya snusdan istifadə etdikdən sonra nəfəsalması dayanan 13 yaşlı bir gənci qəbul ediblər. Xoşbəxtlikdən, həkimlər bu xəstəni xilas edə biliblər.

Bu arada işbazlar Azərbaycan bazarını mühasirəyə almağa başlayıblar. Sosial şəbəkələr, bu "zərərsiz" qarışıqları ala biləcəyiniz ticarət obyektlərini, ünvanları və telefon nömrələrini fəal şəkildə reklam edirlər. Tütün məhsulları adı altında ölkəyə fərqli qablaşdırma olan həmin qarışıq gətirilir. Siqaret və tütün məhsullarının uşaqlar arasında yayılması Respublikada çoxdan qadağan olunsa da, qanunda snuslar barədə heç nə yazılmayıb.

Hələlik snus epidemiyası Azərbaycana gəlib çatmayıb. Bunu AR Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş həkimi Araz Manuçəri-Lalei də təsdiqləyir. Onun sözlərinə görə, hələlik Narkoloji Mərkəzə belə bir asılılığı olan uşaq gətirilməyib.

Ancaq həkim uşaqları bu bəladan qorumağı tövsiyə edir və bunun səbəbini belə izah edir: "Nikotinin nəyə gətirib çıxardığını hamı yaxşı bilir. Çoxları deyə bilər ki, snus siqaret deyil. Siqaretlərdə güclü təsir edən amil yanan kağızın özüdür. Lakin bunu inkar edən bir milyon nümunə göstərmək olar. Misal üçün, qəlyanda kağız yoxdur, amma ondan ciyərlərə çəkilən nikotin boğazda, dodaqda və yanaqda xərçəng əmələ gətirir. Həmçinin, siqar ilk baxışdan təmiz tütündən ibarətdir, lakin ondan istifadə ürək-damar xəstəliklərinin, tənəffüs çatışmazlığının inkişafına kömək edir".

"Bu yaxınlarda Azərbaycanda restoranlarda, barlarda və digər ictimai yerlərdə siqaret çəkməyi qadağan etdilər ki, ətraf mühitə, başqalarına zərər dəyməsin. Ola bilsin ki, nikotinli saqqızları bunun üçün düşünüblər. Bu minvalla həmin saqqızları hətta avtobusla gedəndə də çeynəmək olar. Bu, ona görə təhlükəlidir ki, tütünün yeni formada istifadəsi arta bilər", - deyə həkim bildirib.

Tütünün bu şəkildə istifadəsi insan sağlamlığına daha güclü təsir edir.

Prinsipcə, nikotinli tüstünü ciyərlərə çəkməklə, snusu çeynəyərək nikotini tüpürcək vasitəsilə udmaq eyni şeydir. Amma ikinci halda nikotin qana daha tez düşür. Ona görə də nikotinli saqqızı çeynəyən zaman uşaqların dişləri tökülə, diş ətlərində problemlər yarana, damaqda və ağız boşluğunda xərçəng əmələ gələ bilər.

Həyasızlığın hədsizliyi: Narkotik reklamı bilbordlara çıxdı

Paytaxtın Nərimanov rayonunda yerləşən məktəblərindən birinin direktoru Rəhim Hüseynov isə snusun adını birinci dəfədir eşitdiyini bildirir. Odur ki, məktəbin şagirdləri arasında bu yeni zərərli vərdişə meylin olub-olmaması barədə nəsə deməyə çətinlik çəkir.

Lakin bu o demək deyil ki, Azərbaycan təhlükədən qaça biləcək. Təhlükə hamı kimi bizim çün də realdır. Bu zərərli vərdiş təhlükəli olmasaydı, Avropa İttifaqı ölkələri 1992-ci ildə nikotinli saqqızların satışını məhdudlaşdırmazdı. Bu gün yalnız İsveç və Norveçdə snus leqal surətdə satılır.

Bəs parlamentarilər nə deyir?

Milli Məclisin deputatı Rüfət Quliyev bu yaxınlarda fəal surətdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu müdafiə edib. Yeni təhlükədən də xəbərdar olan deputat üç vacib sual ünvanlayıb: 1) Nikotinli saqqızlar ölkəyə necə daxil olur? 2) Onlar keyfiyyət ekspertizasından keçirilirmi? 3) Qida Təhlükəsizliyi Agentliyindən alınan müvafiq müşayiətçi sənədlər varmı?

Quliyevin sözlərinə görə, əgər bu məhsulun lazımi sənədləri yoxdursa, deməli, ölkəyə sərhəddən qaçaqmal yolu ilə gətirilir. Belə işbazlar qanun qarşısında cavab verməli və mütləq məsuliyyətə cəlb edilməlidirlər.

Sputnik Azərbaycan nikotinli saqqızın Azərbaycanda satışının nə dərəcədə qanuni olduğu barədə Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət edib. Lakin agentlik bu müraciətə cavab verməyib.