CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava limanı istiqamətində avtomobillər üçün sürət həddi endirilib

Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, agentlik hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və qarşı tərəfə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.