VİDEO

İnanılmaz sürət – Amsterdamda 3 günə dəmiryolu stansiyası altında tunel tikilib - VİDEO

Sürətli mühəndislik rekordların sorağı adətən Çindən gəlir, məsələn, orada “Tesla”nın zavodu sadəcə üç ay ərzində tikilmişdi. Amma avropalı mütəxəssislər də onlardan geri qalmırmışlar.
Sputnik

Amsterdamda sadəcə üç gün ərzində şəhərin ən iri dəmiryolu stansiyalarının birində dəmir yolları və yol örtüyü tamamilə sökülüb, onun altında tunel tikilib, daha sonra isə yenidən əvvəlki halına geri qaytarılıb.

Bunun üçün bu ərazilərdən keçən dəmiryolu və nəqliyyatının hərəkəti dayandırılıb, işçilər isə bütün sutka boyu çalışıblar.

Sizə bu “mühəndislik möcüzəsini” öz gözlərinizlə görməyi təklif edirik.