HADİSƏ

Azərbaycana qonaq gələn Rusiya vətəndaşları qəzaya düşdülər

Avtomobildə olan ailə üzvləri Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onların yüngül xəsarətlər aldıqları məlum olub.
Sputnik

BAKI, 4 yanvar - Sputnik. Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un verdiyi məlumata görə, Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşları qonaq gələrkən “Toyota Corolla” markalı avtomobil yolda aşıb.

Avtomobildə olan ailə üzvləri Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onların yüngül xəsarətlər aldıqları məlum olub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Hadisəyə yolun qarlı hava şəraiti və yolun sürüşkənliyinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.