CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda avtomobil bir ailənin 4 üzvünü vurub

Yaralılar təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. A.Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir.
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Abşeronda bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.

“Daewoo Nexia” markalı avtomobil yolu keçən 38 yaşlı Əliyev Zamin Əjdər oğlunu, onun həyat yoldaşı 36 yaşlı Əliyeva Şamama Heydər qızını, övladları - 12 yaşlı Əliyev Elcan Zamin oğlunu və 11 yaşlı Əliyeva Aytən Zamin qızını vurub. Nəticədə ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. A.Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.