BAKI, 3 yanvar — Sputnik. ABŞ hərbi qüvvələrinin Bağdad areoportunun nəticələrini əks etdirən videogörüntülər sosial şəbəkədə yayımlanıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, amerikalılar bir neçə hədəfə, o cümlədən aeroport yaxınlıqdakı yolla hərəkət edən avtomobillərə aviazərbə endiriblər. Maşınlardan birində İran İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəisi general Qasım Süleymani də olub. O həlak olub.
Pentaqon bildirib ki, hücum Prezident Donald Trampın əmri ilə gerçəkləşdirilib. Süleymanini koalisiya qüvvələrinin bazalarına və ABŞ-ın İraqdakı səfirliyinə dekabrın 31-də təşkil edilən hücuma görə təqsirli bilirlər.
Tehran Süleymaninin ölümünə görə ABŞ-a "sarsıdıcı cavab" verəcəyini bildirib.