CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşınmaz əmlakın sığortası necə tətbiq edilməlidir – hüquqşünas rəyi

Hüquqşünas Əkrəm Həsənov deyir ki, cəmiyyətdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı yaranan ajiotaj bəzi sığorta şirkətlərinin oyunu idi
Sputnik

“Hesab edirəm ki, daşınmaz əmlakın icbari sığortası məsələsi düzgün deyil”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünas bildirib ki, heç bir yerdə sığortanın bu növü icbari deyil və könüllüdür:

“Elə buna görə də səkkiz ildir ki, bunu vətəndaşlardan tələb etmirlər. Cəmiyyətdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı yaranan ajiotaj bəzi sığorta şirkətlərinin oyunu idi. Dövlət bunun icbariliyinin doğru olmadığını dolayısı ilə etiraf edir. Milli Məclisin yeni tərkibi bu sığorta növünün icbariliyini ləğv etməlidir. Eyni zamanda daşınmaz əmlakın üçüncü şəxslər tərəfindən istismarı nəticəsində vurulan zərərin sığortasının icbariliyinə baxmaq olar”.

Əkrəm Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz