Bütün yolların apardığı şəhərdə suvenir dükanlarını yığışdırırlar

Yeni qərar yanvarın 1-dən qüvvəyə minsə də, hələ də ən azı 2 dükan Trevi fəvvarəsinin yaxınlığından heç yana "tərpənməyib"
Sputnik

BAKI, 3 yanvar — Sputnik. İtaliya paytaxtının görməli məkanlarından suvenir dükanları yığışdırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Guardian yazıb.

Roma Papası Yeni il şənliyində özündən çıxıb - VİDEO

Şəhərin meri Virciniya Raci deyib ki, köynək, fincan, miniatür Kolizey, maqnitlər və s. xırda-xuruş ətrafdakı qədim memarlıqla heç cür uyuşmur.

Nəticədə Trevi fəvvarəsi, İspan pillələri, Panteon, Pyatsa Navona da daxil olmaqla müxtəlif məkanlardan ümumilikdə 17 köşk yığışdırılacaq. Bunlardan səkkizini şəhərin digər, dalda küçələrinə köçürəcəklər.

Raci deyib ki, bu tədbirlər Romanın tarixi irsini qorumaq və ən çox ziyarət olunan obyektlərdə təhlükəsizliyi qorumaq üçün edilir.

Yeni qərar yanvarın 1-dən qüvvəyə minsə də, hələ də ən azı 2 dükan Trevi fəvvarəsinin yaxınlığından heç yana "tərpənməyib".

Bundan əvvəl şəhər meri küçələrdən qanunsuz ticarətin yığışdırılmasının, üstəlik turistlərə memarlıq abidələrinin yanında nəsə yeməyi, İspan pillələrində oturmağı, çılpaq gəzməyi, tarixi pillələrlə ağır çamadan və çantaları daşımağı qadağan etməyin vacibliyindən danışırdı.

O hətta fəvvarələrə girənlər üçün cərimə kəsməyi də planlaşdırırdı.