Xamneyi general Süleymaninin ölümünə görə qisas vəd etdi

"Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında öldürülüb. Onunla birlikdə İraqın "əl-Həşd əş-Şəhabi" şiə qruplaşmasının bir neçə lideri də həlak olub
Sputnik

BAKI, 3 yanvar — Sputnik. İranın ali dini lideri Əli Xamneyi İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin ölümünə görə öc alacaqlarını bildirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, generalın ölümünə görə Əli Xamneyi İranda üç günlük matəm elan edib.

"Digər şəhidlərimiz kimi, onun (Süleymaninin - red.) da qanına əli batanları sərt qisas gözləyir", - Xamneyinin bəyanatında deyilir.

"Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında öldürülüb. Onunla birlikdə İraqın "əl-Həşd əş-Şəhabi" şiə qruplaşmasının bir neçə lideri də həlak olub.

Xamneyi general Süleymaninin ölümünə görə qisas vəd etdi

Pentaqondan bildirilib ki, Bağdad aeroportuna hücum əmrini Prezident Donald Tramp verib. ABŞ həlak olan general Süleymanini bu ölkənin İraqdakı səfirliyinə və koalisiya qüvvələrinin bazalarına hücumda təqsirli bilir.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İİKK generalının ölümünü "beynəlxalq terrorizm aktı" adlandırıb.