BAKI, 3 yanvar — Sputnik. Asiyalılar ekoloji təmiz Yeni il şousu fikirləşib tapıblar.
Sputnik Azərbaycan xarici KIV-ə istinadən bildirir ki, Şanxayda Yeni il gecəsi səmanı iki min pilotsuz uçan aparat işıqlandırıb. Sinqapurda isə 500 dron dəniz canlılarını səmada "uçurdub".
2020-ci ilin ərəfəsində Yeni il atəşfəşanlıqları ətrafında müzakirələr daha da güclənmişdi. Məsələn, Avstraliya sakinləri meşə yanğınları səbəbindən Sidneydə ənənvi fişəng şousuna qarşı etiraz edirdilər. Onlar havanı əlavə olaraq fişənglərlə korlamamağı, bunun əvəzinə maddi vəsaiti fəlakətlə mübarizəyə yönləndirməyi tələb edirdilər. Amma hökumət şou keçirmək ideyasından imtina etmədi.
Çin və Sinqapurda dronların yaratdıqları görüntülər isə marağa səbəb oldu.