RUSİYA

Emin Ağalarovun milyarder atası əhalinin gəlirlərindən danışdı

“Bu gün ölkədə orta təqaüd 200 ABŞ dolları həcmindədir. Bəzilərində bundan da azdır. Orta əmək haqqı da aşağıdır” – deyə Ağalarov Rusiya biznesi və iqtisadiyyatını 2020-ci ildə gözləyənlər barədə danışarkən bildirib
Sputnik

BAKI, 3 yanvar – Sputnik. Azərbaycan əsilli milyarder Araz Ağalarov Rusiya əhalisinin vəziyyəti barədə danışıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Ağalarov “Forbes” jurnalına açıqlamasında Rusiya əhalisinin gəlirinin həddən artıq aşağı olması səbəbindən ÜDM-in ciddi artmasına nail olmağın qeyri-mümkün olduğunu vurğulayıb.

"Forbes" "Şimal axını-2"yə qarşı sanksiyaları dəyərləndirdi

Milyarder yaranmış vəziyyəti istehsalı artırmağa imkan verməyən faktor adlandırıb. Çünki istehsal edilmiş malları satmaq mümkün deyil.

“Bu gün ölkədə orta təqaüd 200 ABŞ dolları həcmindədir. Bəzilərində bundan da azdır. Orta əmək haqqı da aşağıdır” – deyə Ağalarov Rusiya biznesi və iqtisadiyyatını 2020-ci ildə gözləyənlər barədə danışarkən bildirib.

Ağalarov ölkədə vergi inzibatçılığının yaxşı qurulduğunu qeyd edib. Vergilər kifayət qədər yüksək olsa da, onların toplanma səviyyəsi yaxşıdır. Əvvəllər vergilərin artmasını onu ödəməkdən yayınmaqla kompensasiya etmək mümkün idisə, hazırda bu mümkün deyil.

Milyarderin fikrincə, artıq gələn il hamı başa düşəcək ki, hazırkı vergi səviyyəsini saxlamaq mümkün deyil və nəsə etmək lazımdır: “Buna nə qədər tez fikir verilsə, bir o qədər yaxşıdır”.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, rusiyalıların çoxu milli layihələrin həyata keçirilməsindən dəyişiklikləri hiss etmir. O, dekabrın sonunda keçirilən iclasda vətəndaşların gəlirinin artmasını bir nömrəli məsələ adlandırıb.