BAKI, 2 yanvar – Sputnik. Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın Report-a istinadla məlumatın görə, bu barədə təhsil eksperti Etibar Əliyev bildirib.
Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:
“Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib” - deyə, E.Əliyev bildirib.
Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.
O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.