CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda həyəcanlı anlar – Qatar boşaldıldı

“Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən “İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir
Sputnik

BAKI, 2 yanvar – Sputnik. Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar “Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.

Məşhurlarımızdan metro sərnişinlərinə bayram təbriki - VİDEO

Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndirici vasitəsilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.

“Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən “İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.

“İnşaatçılar” stansiyasında dayanan qatarın sərnişinləri boşaldılıb.