MƏDƏNİYYƏT

Azərbaycanlı müğənni yeni il gecəsi evlilik təklifi aldı

Müğənni Aygün Tağıyeva “Instagram” sosial şəbəkəsindəki səhifəsində sevincini bölüşərək, evlilik təklifi aldığını bildirib
Sputnik

BAKI, 2 yanvar – Sputnik. Azərbaycanlı müğənni Aygün Tağıyeva üçün Yeni il gecəsi ən yaddaqalan olub. Sputnik Azərbaycan xəbər verir ki, o, evlənmək təklifi alıb.

Azərbaycanlı müğənni yeni il gecəsi evlilik təklifi aldı

Müğənni sevincini “Instagram” sosial şəbəkəsindəki səhifəsində bölüşüb. Onun səhifədə yerləşdirdiyi fotoda barmağında brilyant nişan üzüyü var.

Dostları Tağıyevanı bu münasibətlə təbrik edərək, ona xoşbəxtlik arzulayıblar. Müğənni nişanlısının kim olduğunu gizli saxlamağa qərar verib.

Bu, Aygün Tağıyevanın ikinci evliliyi olacaq. Bundan əvvəl o, müğənni Fərid Əkbərovla evli olub və bu evlilikdən 3 uşağı doğulub.

Həm Tağıyeva, həm də onun keçmiş həyat yoldaşı Rusiyanın Birinci kanalında yayımlanan “Qolos” (“Səs”) müsabiqəsində iştirak ediblər.