RUSİYA

Şaxta Babalarla tamaşaçılar dalaşdılar - VİDEO

Sosial şəbəkədə Şaxta Baba kostyumundakı aktyorlar tamaşaçılar arasında kütləvi davanın görüntüləri yayılıb.
Sputnik

BAKI, 1 yanvar - Sputnik. Rusiyanın Volqoqrad vilayətinin Voljsk şəhərində Şaxta Babalar yerli sakinlərlə dalaşıblar.

Dərc olunmuş videoda görünür ki, davanı səhnəyə doğru can atan bir qrup gənc adam salır.

Şaxta Baba kostyumundakı aktyorlar onların qarşısını almaq istəsələr də, buna müyəssər olmaylblar. Animatorlarla tamaşaçılar arasında dava düşüb.

Münaqişəyə polislər son qoyublar. Bundan sonra bayram davam edib.