BAKI, 1 yanvar — Sputnik. ABŞ-ın sabiq prezidenti Con F.Kennedinin ölümünü öncədən görən, özü isə 1997-ci ildə vəfat etmiş Cin Dikson öncəgörmələrinin birində 2020-ci ildə dünyanın sonunun gələcəyini qeyd edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə UNULAD yazıb. Bu proqnoz onun 70-ci illərdə yazdığı "Şöhrətə çağırış" kitabında yer alıb.
Buna rəğmən, "Cin Dikson effekti" deyilən bir termin var, o, bir neşə gerçəkləşmiş proqnozun xeyli sayda gerçəkləşməmiş proqnozu kölgədə qoyması faktını ehtiva edir.
Öncəgörən qadın 1956-cı ildə ABŞ-da 1960-cı ildə hakimiyyətə demokrat prezidentin gələcəyini və iş zamanı həlak olacağını dedikdən sonra məşhurlaşmışdı. Con Kennedinin taleyi elə bu cür oldu. Dikson həmçinin bildirmişdi ki, müharibədən sonra SSRİ daha ABŞ-ın müttəfiqi olmayacaq, amma uzaq gələcəkdə münasibətlər düzələcək və hətta bu ölkələr kommunist rejimli Çindən qorunmaq üçün qüvvələrini birləşdirəcəklər.