İQTİSADİYYAT

Məzənnə on ilə 9 milyon faiz artdı

Bitkoinin maksimal qiyməti 2017-ci ilin sonuna təsadüf edir. Həmin vaxt 1 bitkoin 20 min dollara bərabər idi. Sonra onun qiyməti xeyli düşdü
Sputnik

BAKI, 1 yanvar — Sputnik. Bitkoinin dollara nisbətdə məzənnəsi 10 il ərzində 9 milyon faiz artıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bloomberg yazır.

Rentabelliyinə görə kriptovalyuta qızılı və bəzi birja indekslərini qabaqlayıb.

On il bundan qabaq bir bitkoin 0.08 dollar idi. Bu gün isə 1 bitkoin təxminən 7210 dollara bərabərdir.

Bitkoinin maksimal qiyməti 2017-ci ilin sonuna təsadüf edir. Həmin vaxt 1 bitkoin 20 min dollara bərabər idi. Sonra onun qiyməti xeyli düşdü.