CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rövşanə Ağasəfqızı: "Deputatlığa namizədliyimi verəcəm. Niyə də yox?!"

Teleaparıcı Rövşanə Ağasəfqızının fikrincə, televizor toz basmış adi əşyaya çevrilib və kiminsə 3 saat oturub verilişə baxmağa həvəsi qalmayıb.
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 1 yanvar - Sputnik. Rövşanə Ağasəfqızı Azərbaycan efir məkanında günün nəbzini tutmağı bacaran aparıcılardandır. Ölkədə ən maraqlı, mühüm hadisə mütləq onun aparıcılıq etdiyi verilişdə mövzu olur. Qonaqların gözlədiyinin əks olaraq sözü birbaşa deməyi bacarır. Onun üçün əsas ictimai fikirə hörmətlə yanaşmaqdır. Həyatda da belədir – səmimi, sözübütöv və punktual. Elə müsahibə təklifinə də bu cür yanaşdı.

- Bir vaxtlar canlı yayımda aparıcılıq edən və sosial problemləri işıqlandıran şəxslərdən idiniz. Bu yöndə iki sualım olacaq. Canlı yayımla çəkiliş verilişlərinin fərqi nədir və nəyə görə hazırda canlı yayım verilişləri, debatlar televiziyalarımızda azdır?

Rövşanə Ağasəfqızı: "Deputatlığa namizədliyimi verəcəm. Niyə də yox?!"

- Canlı efir birbaşa tamaşaçı ilə ünsiyyətdir, onlardan enerji almaqdır. Mən təxminən 15 il canlı efirə çıxmışam. Hətta yeni il verilişlərinə çəkilən zaman dəfələrlə çaşırdım. Özümə də qəribə gəlirdi ki, canlı yayımda çaşmayan insan çəkiliş olan proqramlarda niyə bu qədər səhv etsin. Səbəb o idi ki tamaşaçıdan enerji ala bilmirdim, kamera cansız bir əşyaya çevrilirdi. Canlı efirdə birbaşa tamaşaçı ilə ünsiyyətdə olursan, sms gəlir. Telefon bağlantısı olur, bütün bunları ümumiləşdirsək gözəgörünməz hiss adlandırmaq olar. Mən özüm dinamik aparıcı olduğum üçün izləyicilərin enerjisi vacibdir.

- Belə çıxır ki, efir indi sönük keçir?

- Sönük deməzdim. Aparıcı peşəkardırsa efiri ələ almağı bacarmalıdır. Mənim üçün canlı efir çox vacibdir.

- Bir çox televiziyalarda sizin verilişlərinizə bənzər layihələr var. Sizcə aparıcı mövqe bildirməlidirmi?

- Əslində yox. Aparıcı jurnalistdirsə, qayda-qanunlara əsasən mövqeyi neytral olmalıdır. O sadəcə sualını verməlidir. Düzdür, mən qaydaları pozuram. Bəlkə də mənim illər uzunu gündəmdə qalmağıma səbəb öz mövqeyimi ortaya qoymağımdır. Bəzən o qədər haqsız çıxışlar, o qədər ədalətsiz fikirlər səslənir ki, mən orada susa bilmirəm. Hərdən elə adamlar olur ki, mövzudan xəbəri olmur. Sakit durmaq əvəzinə tamaşaçıya ağıl öyrədir. İstedadsız aktrisa gəlir "mənəm mən" deyir. Belə olan halda necə susa bilərəm? Axı qarşımdakını yaxşı tanıyıram. Sadəcə şansı gətirib tanınıb. Dəfələrlə olub ki, tamaşaçı mənə təşəkkür edib ki, "ürəyimdən keçəni söylədiniz, ürəyimdən tikan çıxdı".

- Sosial şəbəkədə sizin haqqınızda ən çox irad çox danışmağınız, gələn qonağa imkan verməməyinizlə bağlı olur.

Rövşanə Ağasəfqızı: "Deputatlığa namizədliyimi verəcəm. Niyə də yox?!"

- Bəlkə də tənqidə ən çox məruz qalan aparıcılardan biriyəm. Bilirsiz sosial şəbəkədə bəzən qəribə fikir formalaşır. Mənə təşəkkür edən izləyicilərim hansısa sayt haqqımda mənfi yazı dərc edən kimi orada bəndənizi "yıxıb sürüyürlər". Ona görə də hərdən çaş-baş qalıram. Bu mənim fəaliyyətimə də təsir edir. Tamaşaçı deyir ki, ziyalıları, ciddi adamları dəvət edin. Biz də sosial, iqtisadi və bu kimi ciddi mövzulara müraciət edirik. Amma bu reytinq vermir. Ciddi veriliş istəyən tamaşaçı nədən şou proqramlara bu qədər meylli olsun, dava, qırğın, saçyoldu, diringə verilişlərlə maraqlansın? Biz bilmirik tamaşaçının arxasınca gedək, ya onu arxamızca aparaq. Ona görə də televiziyalar konkret bir yol tuta bilmir.

- Sosial şəbəkə yaranandan sonra televiziya tamaşaçını itirdi. Bəs onların fərqli və üstün cəhəti nədir?

- Bu gün onlayn media çox inkşaf edib. Bir informasiya virus kimi 5 dəqiqənin içində yayılır. Bu televiziyada mümkün deyil. Ayaqlaşa bilmirik. İnternetdə yayılan bir xəbəri 3 gün sonra tv-də səsləndirirlər. Məncə televiziya sosial şəbəkə ilə müqayisədə qapalıdır. Ətrafımda olan insanlardan soruşandakı verilişə baxdın, deyir "xeyr, axşam internetdə baxacam". Rayonlardan fərqli olaraq şəhərdə televizor toz basmış adi əşyaya çevrilib. Metroda, evdə, çöldə hamı əlində telefon dünyanı izləyir. Verilişlərimizdən parçalara baxırlar. Həyat dinamikləşib. Kiminsə 3 saat oturub verilişə baxmağa həvəsi qalmayıb. Mənim verilişimin reytinqi ortadır. Amma internetdə partlayır. Bəzən internetdə azadlıq həddini aşır. Təhqirlər, təhdidlər, insan şəxsiyyətini alçaldılması orada var, televiziyada isə buna rast gələ bilmərsiniz. Saytlar inciməsin, hərdən söyləyirəm ki, onlar bizim çörəyimizi yeyirlər. Biz olmasaydıq görən nə yazardılar. Bilmirəm xəbər qıtlığıdır, ya "IP" yığmaq üçün belə edirlər. Əslində, mən nə onlayn medianı, nə də televiziyanı belə görmək istəmirəm.

Rövşanə Ağasəfqızı: "Deputatlığa namizədliyimi verəcəm. Niyə də yox?!"

- Efirlərin birində ağlayan aparıcılara söz atmışdın.

- Niyə onu belə qələmə verdilər bilmirəm. Hətta məni başqa aparıcı ilə şəkilimi yanaşı qoyub düşmən etdilər. Əslində söz atmamışdım. Bu sadəcə mənim fikrimdir. Aparıcı şəxsi həyatı ilə bağlı gündəmdə olmamalıdır, onu müzakirəyə çıxarmamalıdır. Aparıcı güclü qüvvədir. İnsanlar ona inanıb dərdini danışır, ümid yeri kimi baxır. Mən də onlara qoşulub yeddi dəsmal ağlamalıyam? Bununla porblem həll olur? Təbii ki, mənim də emosianal anlarım olub. Amma özümü ələ almağı bacarmışam. Bir dəfə rəhmətlik atamın sevdiyi mahnı səsləndi. Mən özümü sıxıb saxladım. Tamaşaçı bizi dim-dik ayaq üstə görməlidir. Hesab edirəm ki, aparıcı ağlamaz.

- Bir neçə televiziyada işləmisən. Hazırda da ARB televiziyasındasan. Özünü daha çox harada rahat hiss etmisən?

- Tam səmimi deyəcəm. 1998-ci ildən televiziyalarda fəaliyyət göstərirəm. Ora elə yerdi ki, bir məkanda qalmırsan. Transfer olursan. Qismət elə gətirir ki, işlədiyim əməkdaşlarla başqa televiziyalarda da bir komandaya düşürük. Ona görə də hamı ilə dostam. Əksəriyyəti ilə də həmyaşıdam.

Məşhur rusiyalı aparıcı Bakıya və qadınlara o qədər aşiq olub ki...

- Həmyaşıdlarının əksəriyyəti dövlət idarələrində mətbuat xidmətinə rəhbər vəzifəsinə təyin olundular. Amma sən...

- Mənə 2-3 dəfə təklif olunub. Televiziyanın qəribə aurası var. Artıq 23 ildir bu sahədəyəm və bura tramplin kimi baxmıram. Mənim üçün bura doğma məkandır. Bunu pafoslu demirəm. TV ilə yanaşı pedaqoji fəaliyyətim də olub. Amma baxdım ki bu mənlik deyil. Televiziya mənim ruhumun işidir. Xaraktercə azad insanam. Bizim mətbuat xidmətlərinin rəhbərləri isə azad deyillər.

- 2020-ci ildən gözləntilərin nədir?

- Mən problemlərimi heç zaman efirdə bölüşmürəm. 2019-cu ildə yaşadığım acıları bir daha yaşamaq istəmirəm. Üzümüzə gələn il boz siçan ilidir. Övladımla bağlı gözləntilərim var. Mənim bütün istəklərim övladımla bağlıdır. Özümlə bağlı deyə bilərəm ki, televiziya mövsümünün ortasıdır. Planlar, layihələr sentyabra qaldı. Nə namizədliyimiz verirəm, nə də deputat olmaq istəyirəm. Amma 45 yaşımda fikirləşəcəm. Niyə də yox?!