HADİSƏ

Gəncədə toyda bədbəxt hadisə baş verib

Toy zamanı 1946-cı il təvəllüdlü Gülcahan Süleymanovanın halı qəfil pisləşib və qadın dünyasını dəyişib.
Sputnik

BAKI, 1 yanvar - Sputnik. Gəncə şəhərində toyda bədbəxt hadisə baş verib. 

APA -nın məlumatına görə, hadisə şəhərdə yerləşən "Dan Ulduzu" restoranında qeydə alınıb.

Toy zamanı 1946-cı il təvəllüdlü Gülcahan Süleymanovanın halı qəfil pisləşib və qadın dünyasını dəyişib.

İlkin məlumata görə, yaşlı qadın ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.